Putin: "Saakaşvilinin əməlləri Ukrayna xalqlarının və gürcülərin üzündə tüpürcəkdir"

Rusiya prezidenti Vladimir Putin Mixail Saakaşvili ilə bağlı yaranmış vəziyyəti ukraynalıların üzündə tüpürcək adlandırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu o, Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib: "Saakaşvilinin etdikləri gürcü və Ukrayna xalqlarının üzündə tüpürcəkdir. Buna necə dözürsünüz? Bəyəm Ukraynada əsl ukraynalılar yoxdur? Bunu seyr etmək ağırdır, ürəyim ağrıyır".

 

Müəllif | Apa.Tv
Nigar Həsənli