10-cu sinif şagirdi olan qızı 110-luq yolda avtomobil vuraraq öldürüb
Gecə saatlarında Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin verdiyi xəbərə görə, hadisə kənar dairəvi yolda qeydə alınıb.
Məlumata görə, həmin avtomobil yolundan Yeni Yasamal yaşayış massivinə ayrılan hissədə, Qanlı Göl yaşayış massivinin qarşısında 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı sərnişin avtobusundan düşərək qarşı tərəfə keçmək istəyib. 10-cu sinif şagirdi olan Sevinc məktəbdən evə qayıdırmış. Bu vaxt onu Məcnunzadə Çingiz Gündüz oğlunun idarə etdiyi "Hyundai" markalı minik maşını vurub. Ağır xəsarət almış yeniyetmə qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Avtoqəzanın təfərrüatlarını Yasamal polisi araşdırır. Sürücü Ç.Məcnunzadə ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.
Qeyd edək ki, yol qəzasının baş verdiyi yolda sürət həddi 110 km/saat-dır.