62 yaşlı gözətçi qızındığı vaqonla birlikdə yandı

Siyəzən rayonunda yanmış vəziyyətdə olan kişi meyiti tapılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, meyit dəniz kənarında yerləşən vaqonda aşkarlanıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Siyəzən şəhər sakini, 1955-ci il təvəllüdlü Arif Quliyev olduğu müəyyənləşib.

Gözətçi olan A.Quliyevin gecə saatlarında vaqonun odun sobasından alışaraq yanması nəticəsində öldüyü müəyyənləşib.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı