Terrorçu-kamikadze polis günündə polislərin içərisinə soxuldu - AZI 18 ÖLÜ

Somalinin paytaxtı Moqadişuda terror aktı törədilib. APA TV "Associated Press" agentliyinə istinadən xəbər verir ki, "Əş-Şabab" terror qruplaşması tərəfindən həyata keçirilən hücum nəticəsində azı 18 nəfər ölüb, 20-dən çox adam isə yaralanıb.

Məlumata görə, qruplaşmanın üzvü olan kamikadzenin hədəfi polis akademiyası olub. Polis forması geyinən terrorçu polislərin təlim mərkəzinə gələrək üzərindəki partlayıcını işə salıb.

Rəsmilərin açıqlamasına əsasən, hücum polis təşkilatının yaradılmasının ildönümü ilə əlaqədar aparılan hazırlıqlar zamanı həyata keçirilib.

Terror hücumu ilə əlaqədar məsuliyyəti "Əş-Şabab" terror təşkilatı öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Sərxan Kamallı