15 yaşlı ovçu quş ovuna getdi, meyiti sudan tapıldı - LƏNKƏRANDA
Lənkəranda evdən xəbərsiz quş ovuna gedən yeniyetmə bədbəxt hadisənin qurbanı olub. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, bədbəxt hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.
15 yaşlı Heydər Axundov səhər saatlarında ov etmək məqsədi ilə evdən çıxıb və geri qayıtmayıb. Axşam saatlarına qədər yaxınları onun evə gəlmədiyini görərək axtarışlarına başlayıb. Bir neçə saat davam edən axtarışdan sonra H.Axundovun cansız bədəni Xəzər dənizinin sahilində tapılıb.
Məlum olub ki, o ehtiyatsızlıqdan odlu silahdan açılan atəşlə özünü yaralayıb. Nəticədə Heydər suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.
Artıq hadisə ilə bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisə baş verən zaman onun yanında başqa birisinin də olub-olmadığı araşdırılır.