Şəhid hərbçimiz Şabranda dəfn olundu
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fizuli Süleyman oğlu Salahov bu gün dəfn olunub.
APA TV-nin şimal bürosunun xəbərinə görə, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib.
Şəhid yaylım atəşi ilə son mənzilə yola salınıb.
Qeyd edək ki, 39 yaşlı F.Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəli idi, iki oğlu var.