Erməni və azərbaycanlı politoloqlar canlı yayımda əlbəyaxa oldu - HADİSƏ ANI
Rusiyanın "Zvezda" telekanalında azərbaycanlı jurnalist Fuad Abbasovun qonaq olduğu verilişin yayımı zamanı onunla erməni ekspert Samvel Tsaturyan arasında insident baş verib.
APA TV-nin xəbərinə görə, Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı məsələnin müzakirəsi zamanı F.Abbasovun Türkiyənin Yaxın Şərq məsələsinin həllindəki rolunu ermənilərin kiçiltdiyini bildirməsindən sonra verilişdə münaqişə yaşanıb.
Qonaqların müdaxiləsindən sonra tərəflər qarşılıqlı atmacalara davam edib.