"Bitcoin"un bir nömrəli sərmayədarı məlum oldu
"Bitcoin" kriptovalyutası ətrafında son zamanlar yaranan ajiotajın səbəbkarı Yaponiya xalqıdır".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu "Deutsche Bank"ın analitikləri açıqlayıb.
Onlar deyib ki, Çindəki "Bitcoin" birjalarının bağlanmasından sonra bu sahədə öncüllük yaponlara keçib. O cümlədən hazırda bu kriptovalyuta ilə ümumi ticarət həcminin 32 faizi ABŞ dolları ilə həyata keçirilib.
Dünyanın ən iri kriptovalyutası olan "Bitcoin"un kursu oktyabr-noyabr ayları ərzində 127 faiz dəyər qazanıb. Bu ilin əvvəlində dəyəri 1000 dollar olan "Bitcoin" il ərzində 16,55 dəfə bahalaşıb.