Səudiyyədən fantastik sərmayə - KRALLIQ 2030-CU İLƏ QƏDƏR NƏLƏRİ PLANLAŞDIRIR?

Dünyanın ən çox neft istehsal edən şirkəti olan "Saudi Aramco" gələcək 10 ildə bir neçə layihəyə 414 milyard dollar sərmayə qoyacaq.

 

APA TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanına məxsus şirkət rəhbərliyi bildirib ki, infrastruktur və neft quyularının qazılması ilə yanaşı yeni sektorlara da pul ayrılacaq.

 

İcraçı direktor Amin Nasser "Saudi Aramco"nun sərmayəsinin 134 milyard dollarını quyuların qazılması, 78 milyardını isə istismar işlərinə ayıracaq. Digər tərəfdən şirkət külək və günəş kimi bərpa olunan enerji qaynaqlarının istifadəsinin genişləndirilməsi üçün də neft-kimya istehsalçısı "Saudi Basic Industries Corp" (SABIC) ilə 20 milyard dollarlıq bir razılaşma imzalayıb. Məqsəd ölkədə ilk dəfə xam neftin kimyəvi məhsullara çevrilməsi prosesini həyata keçirməkdir.
 

Səudiyyə Ərəbistanı "Missiya 2030" iqtisadi islahatlar paketinə görə ölkənin  neft iqtisadiyyatına bağlılığına son qoymaq və neftdən kənar milli özəl sektoru inkişaf etdirməyi planlaşdırır. "Saudi Aramco" bu həftə 1,7 milyard dollar dəyərində 13 müqavilə imzalayıb.

 

Toplam 414 milyard dollar sərmayə 40 min iş yerinin açılmasına və Səudiyyə Ərəbistan büdcəsinin 8 milyard dollar artmasına səbəb olacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı