Cəlilabadda evlərdən pul və qızıl oğurlayan şəxs tutuldu

Cəlilabadda evlərdən oğurluq edən şəxs tutulub.

 

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon sakini Aygün Nəzirova polisə ərizə ilə müraciət edərək kirayədə qaldığı evin pəncərəsinin sındırılaraq, oradan ona məxsus qızıl-zinət əşyalarının oğurladığını bildirib.

 

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini Ənvər Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun oğurlayaraq gizlətdiyi ümumi dəyəri 5 min manata yaxın olan qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Araşdırmaların gedişində o da məlum olub ki, saxlanılan şəxs bir müddət əvvəl digər rayon sakini Əbülfət Hacıyevin də evinə qanunsuz girməklə oradan 3 min manat pul və mobil telefon oğurlayıb.                              

 

        

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv