Türkiyəli məşhur jurnalist Azərbaycan XİN-ə MÜRACİƏT EDİB

Türkiyənin televiziya aparıcısı və köşə yazarı Nagehan Alçı Azərbaycanın arzuolunmaz şəxslər siyahısından çıxarılması üçün Xarici İşlər Nazirliyinə müraciət edib. Bu barədə APA TV-yə xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev məlumat verib: "Özünün də qeyd etdiyi kimi çox sevdiyi Azərbaycana gəlib-getmək arzusunda olduğunu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşdığını vurğulayıb. Bütün müraciətlərə Azərbaycan tərəfindən baxılır. Hər hansı bir müsbət nəticə olduğu təqdirdə  bu siyahda hiss olunacaq".

 

Türkiyənin Axşam qəzetinin köşə yazarı, CNN Türkün xarici siyasətlə bağlı verilişlərindən birinin aparıcısı Nagahan Alçı 2009-cu ilin noyabr ayında Azərbaycanlın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə XİN-in internet səhifəsinə yerləşdirilmiş arzuolunmaz şəxslər siyahısına daxil edilmişdi.
 

Elman Abdullayev bildirib ki, xarici işlər naziri bu siyahını ictimailəşdirməklə ictimai diplomatiyamızda önəmli addım atmış oldu. Onun sözlərinə görə, son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən şəxslər Azərbaycana müraciət edir və müvafiq icazə verildikdən sonra bu səfərlər həyata keçirilir. Nəticədə həmin şəxs Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olmur.

 

Müəllif | Apa.Tv