İki qadın dəm qazından zəhərləndi: VƏZİYYƏTLƏRİ KAFİDİR

Goranboyda dəm qazından zəhərlənmə olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Xanqərvənd kənd sakini, 1983-cü il təvəllüdlü Səfa Əhmədova dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Goranboyda baş vermiş növbəti zəhərlənmə zamanı rayonun Zeyvə kənd sakini, 1983-cü il təvəllüdlü Şərifxanova İlahə Natiq qızı xəstəxanaya yerləşdirilib. Ona da lazımi tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qadın vanna otağında olarkən dəm qazından zəhərlənib.

Müəllif | Apa.Tv
Azər Məmmədli