"Kay Tak" qasırğası Filippinin altını üstünə çevirdi - 26 ÖLÜ
Filippinin mərkəzində torpaq sürüşməsi baş verib. APA TV xəbər verir ki, hadisə nəticəsində azı 26 nəfər dünyasını dəyişib.
Daha 23 adamın da itkin düşdüyü ehtimal edilir. Təbii fəlakət Filippin arxipelaqına yaxınlaşmaqda olan "Kay Tak" tropik qasırğası nəticəsində baş verib.
Qasırğa həmçinin Leyte və Samar adalarında 39 yaşayış məntəqəsində fəsadlar törədib. Ölkənin cənubunda daşqınlar səbəbindən bir çox bölgədə fövqəladə vəziyyət elan edilib. Axtarış və xilasetmə qrupları ölkənin təxminən yarısına elektrik və suyun verilməsində çətinliyin yaşandığını açıqlayıb.