İŞİD Pakistanda xristianları hədəf aldı - KİLSƏDƏ PARTLAYIŞ
Pakistanın Bəlucistan əyalətindəki Kvetta şəhərində silahlılar kilsəyə hücum edib, ən azı 8 nəfər ölüb. Aralarında uşaq və qadınların da olduğu 40-dan çox insan yaralanıb.
APA TV-nin məlumatına görə, bu barədə "Dawn" qəzeti Bəlucistan daxili işlər naziri Sarfaraza Buttiyə istinadən məlumat yayıb.
Hücum zamanı kilsədə 400 nəfərin olduğu bilinir. Kilsəyə 4 silahlı hücum edib. Bir terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu kilsənin içərisində işə salıb. Təhlükəsizlik qüvvələri digər terrorçu-kamikadzeni kilsənin qapısı yaxınlığında məhv edib. Digər iki silahlı qaçıb. Terrorçuların axtarışları davam edir.
Qeyd edək ki, terror hücumuna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.