Azərbaycandan İrəvana kim gedəcək?
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin növbəti iclasında Azərbaycan tərəfi Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq idarəsinin müvafiq şöbəsinin müdiri səviyyəsində təmsil olunacaq. Bu barədə APA TV-yə nazirliyin mətbuat katibi Elman Abdullayev məlumat verib: "Həmin şəxs, yəni Şövqi Mehdizadə bizim nazirlikdə şöbə müdiridir. O, Azərbaycanı həm yüksək rütbəli məmurların iclasında, həm də xarici işlər nazirlərinin toplantısında təmsil edəcək".
Nazirlik sözçüsü bildirib ki, nazirliyin əməkdaşı Azərbaycanın bütün beynəlxalq təşkilatların müvafiq iclaslarında olduğu kimi mövqeyini səsləndirəcək.