Neft həftəyə bahalaşma ilə başladı
Dünya bazarında xam neft yeni həftəyə bahalaşma ilə başlayıb.
APA TV-nin məlumatına görə, ABŞ neft istehsalçıları neft quyularının sayını dörd həftədən bəri ilk dəfə azaldıb. Hazırda fəal neft quyularının sayı 747-dir.
Bu amil qiymətlərin bahalaşmasında ciddi rol oynayıb. Hazırda WTİ neft 57,66 dollardan təklif olunur və son saatlarda bahalaşma davam edir. Qərbi Texas nefti ilə "Brent" nefti arasında qiymət fərqi 6 dollardan azalıb. Bu qiymətlərdə ABŞ faktorunun önə çıxması deməkdir.
Hazırda "Brent" markalı neft də bahalaşaraq 63,54 dollardan satılır. Gün ərzində qiymətlərin 64 dolları keçəcəyi gözlənilir. ABŞ-da və OPEK ölkələrində istehsalın azalması qiymətlərə müsbət təsir edən əsas amillərdir.