Liviyaya yenidən Qəddafi rəhbərlik edə bilər

"Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək".

 

APA TV-nin "Egypt Today" nəşrinə istinadən məlumatına görə, bunu kiçik Qəddafiyə yaxın mənbələr açıqlayıb.

 

Qeyd edək ki, Müəmmar Qəddafi 2011-ci ildə Liviyada başlanan vətəndaş müharibəsi nəticəsində həmin ilin oktyabr ayında vəzifəsindən devrilərək, qətlə yetirilib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov