"Beşiktaş" Henrix Mxitaryanı transfer etməyə hazırlaşır

Türkiyənin "Beşiktaş" futbol klubu "Mançester Yunayted"in milliyyətcə erməni yarımmüdafiəçisi Henrix Mxitaryanı heyətinə qatmaq istəyir.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu "Beşiktaş"a yaxın mənbələr açıqlayıb. Bundan bir qədər əvvəl isə "Mançester Yunayted" klubunun baş məşqçisi Jose Mourinyo H.Mxitaryanın onlara transfer istəyilə müraciət etdiyini bildirib:

 

"Əgər oyunçu nədənsə narazıdır və transfer olmaq istəyirsə, onu komandada qalmağa məcbur edə bilmərik. Bu, mənim yanaşmamdır və hər oyunçunun da öz qiyməti var" - sitatın sonu.

 

Qeyd edək ki, Henrix Mxitaryanla eyni zamanda "İnter" və "Borussiya-Dortmund" klubları da maraqlanır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov