İqor Tudor "Qalatasaray"dan qovuldu - "ASLAN" BAŞSIZ QALIB

"Qalatasaray" futbol klubu baş məşqçi İqor Tüdorla yollarını ayırıb.

 

APA TV-nin məlumatına görə, buna səbəb komandanın ard-arda məğlubiyyətə uğramasıdır.

Tüdorun məşqçiliyi dövründə baş tutan 56 oyunda komandası 26 qələbə qazanıb, 8 heç-heçə edib, 18 komandaya uduzub. Ötən gün "Malatyaspor"a məğlubiyyət məşqçi ilə komanda arasındakı razılaşmaya son qoyulmasına səbəb olub. Məşqçi 10 komandanı çalışdırıb.

Tüdora 400 min avro təzminat ödənəcək.

Müəllif | Apa.Tv
Apa.tv