Gənclərin mübahisəsi qanla bitdi

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Yusif İbrahimbəyov küçəsində 7 saylı bınanın qarşısında baş verib. 22 yaşlı Hacıbaba Hənifəyev mübahisə zəminində Şahid Abdullazadəyə bıçaqla ağır xəsarət yetirib.  

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Natiq Qədimov APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv