İsrailin müdafiə naziri Türkiyəni hədələyib
İsrailin müdafiə naziri Aviqdor Liberman Türkiyəni təhdid edib.
APA TV-nin məlumatına görə, Liberman Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxılması üçün çağırış edib.
"Facebook" hesabından açıqlama verən Liberman "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son bir neçə aydır ki, İsrailə qarşı təxribat aparmaq üçün hər fürsətdən istifadə edir. Türkiyə ilə əlaqələrimizdə çox şeyə yenidən baxmağımız lazım olduğunu düşünürəm" yazıb.
Əsasən iqtisadi münasibətləri önə çıxaran nazir Türkiyə ərazisindən Avropaya təbii qaz daşıyacaq boru xəttinin inşasına qarşı olduğunu qeyd edib: "Boru xəttinin açarını Ərdoğanın əllərinə buraxmaq böyük strateji səhv olar".