Buenos-Ayresdə etirazçılarla polis arasında toqquşma - 81 YARALI
Argentinanın paytaxtı Buenos-Ayres şəhərində polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 81 nəfər xəsarət alıb.
APA TV-nin “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 48-nin asayiş keşikçisi, 33-nün etirazçı olduğu bildirilir.
İğtişaşlar nəticəsində 48 nəfər saxlanılıb.
Qeyd edək ki, Argentina paytaxtında pensiya islahatına qarşı nümayiş iğtişaş və polislə qarşıdurma ilə nəticələnib. Hazırda ölkə konqresinin Deputatlar Palatasında pensiyalara dair qanun layihəsi müzakirə olunur. Etirazçılara görə, qanunun qəbul edilməsi pensiyaların miqdarını azaldacaq.