Novxanıda yük maşınının vurduğu ana ölüb, oğlu isə xəsarət alıb

Abşeron rayonunda baş vermiş ağır yol qəzası zamanı ana ilə azyaşlı övladını avtomobil vurub. APA TV-nin xəbərinə görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı yük maşını 1990-cı il təvəllüdlü Novxanı qəsəbəsi sakini Cavadova Günel Aydın qızını və onun 4 yaşlı oğlu Cavadov Salman Ucal oğlunu vurub. 27 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 4 yaşlı Salman isə ağır xəsarət alıb. O, 1 Saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv