Vaşinqtonda qatar relsdən çıxdı - ÖLƏNLƏR VƏ YARALILAR VAR
ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Qatarın həmin vaxt Sietl-Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir. Qəzanın Leykvud-Olimpiya şəhərləri arasında baş verdiyi məlum olub.
İlkin məlumata əsasən, qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. Bir neçə avtomobilə zərər dəysə də, sürücülər arasında ölən və yaralanan olmayıb. Qatarın relsdən çıxmasının səbəbinə gəlincə, daha çox onun nəyəsə dəyməsi ehtimalı səsləndirilir.