Bakıda gənclər arasında mübahisə: 19 YAŞLI OĞLAN ADAM ÖLDÜRDÜ
Bakıda qətl törədilib.
APA TV-nin məlumatına görə, paytaxtın Sabunçu qəsəbəsinin sakini, 19 yaşlı Emil İlqar oğlu Heydərov aralarında yaranmış münaqişə zəminində tanışı, 25 yaşlı Nicat Qulam oğlu Həziyevi bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən E.Heydərov saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.