Əlinə keçəni oğurlayıb satdı

Paytaxt ərazisində silsilə oğurluqlar törədən şəxs tutulub.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunan Ziyad Baqautdinov saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, Ziyad Baqautdinov 4 mənzildən pul və qızıl-zinət əşyaları, mobil telefon, velosiped, 2 avtomobildən isə akkumulyator oğurlayıb. İlkin ifadəsində o, oğurluq yolla əldə etdiyi qızıl-zinət və digər əşyaları satdığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd