Məcburi köçkünlərə YENİ QƏSƏBƏ SALINIR

Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbə inşa olunur. APA TV-nin  xəbərinə görə, yeni yaşayış massivi 632 evdən, 440 yerllik orta məktəbdən, 50 yerlik uşaq bağçasından, içərisində futbol meydançası olan 3 hektarlıq parkdan və inzibati binalardan ibarətdir. Ağdam Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yeni qəsəbənin tikintisi üçün rayon ərazisindən 50 hektara yaxın torpaq sahəsi  ayrılıb. Yeni qəsəbənin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bu yaşayış massivinə Ağdam, Bərdə və Tərtər rayonlarında daha ağır sosial şəraitdə yaşayan köçkün ailələrinin yerləşdirilməsi nəzərdə tutulur. 

Müəllif | Apa.Tv