Tovuzda 20 yaşlı qız dəm qazından zəhərləndi

Tovuzda 20 yaşlı qız dəm qazından zəhərlənib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1997-ci il təvəllüdlü Göyçək İsmayılova yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Yaxınlarının köməyi ilə dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncə həkimlər ilkin tibbi yardım göstərib.

 

Vəziyyəti normal olduğundan, Göyçək İsmayılova ambulator müayinə almaq şərti ilə evə buraxılıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli