Aviqdor Liberman: "Erməni soyqırımı"nı Azərbaycana görə tanımırıq"

"İsrail erməni soyqırımını Azərbaycana görə tanımır". Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

APA TV-nin məlumatına görə, RTV1 telekanalına müsahibəsi zamanı nazir xüsusilə qeyd edib ki, İsrailin "erməni soyqırımı"nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır:

"Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir. Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. "Erməni soyqırımı" ilə bağlı İsrailin mövqeyi dəyişməzdir". 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov