Səudiyyə kralının sarayı hədəfə alındı: HUSİLƏR RAKET ZƏRBƏSİ ENDİRDİ
Səudiyyə Ərəbistanında husilərin atdığı raket kral Salmanın sarayını hədəfə alıb.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, şahidlər saray yaxınlığında partlayış səsi eşidildiyini qeyd edib.
Bununla belə, agentlik Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin məlumatı təsdiqləmədiyini açıqlayıb.
Husi üsyançılarına yaxın bir telekanal isə raketin Səudiyyə liderlərinin keçirdiyi müşavirəni hədəfə aldığını bildirib.
Qeyd edək ki, yayılan məlumatlarda raketin havada zərərsizləşdirildiyi qeyd olunub.