Bərdədə ana doğuş zamanı öldü
Bərdədə doğuş zamanı ana ölümü qeydə alınıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib, yeni doğulan körpənin həyatını isə xilas etmək mümkün olub.
Mərhumun yaxınları ananın ölümündə həkimlərin səhlənkarlığının olduğunu iddia edir.
Qeyd edək ki, bu, Könül Əliyevanın dünyaya gətirdiyi ikinci övladıdır.
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinin həkimi Tünzalə Quliyeva bildirib ki, 31 yaşlı qadının üzərində aparılan qeysəriyyə əməliyyatı zamanı anada emboliya yaranıb, dölyanı maye qəflətən qana keçib: “Anada aşağı venalar açıq olub. Bu səbəbdən böyük həcmli maye qana keçib. Könül Əliyeva bu səbəbdən, yəni damarlara keçən hava səbəbindən itirilib".
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.