40 yaşlı kişini 8-ci kilometr bazarında bıçaqladılar
Gecə saatlarında Bakıda bıçaqlanma olub. APA TV-nin xəbərinə görə, insident paytaxtın Nizami rayonunda, 8-ci km bazarının yaxınlığında qeydə alınıb.
Məlumata görə, 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və cərrahi əməliyyat olunub. Onu xəstəxanaya qardaşı gətirib.
Hadisənin təfərrüatlarını Nizami polisi araşdırır. İlkin ifadəsində H.Gözəlov onu bıçaqlayan şəxsi tanımadığını deyib. Onun vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.