ABŞ-da ehtiyatlar azalır - NEFT REKORD YENİLƏYƏ BİLƏR

Neftin qiymətləri ABŞ-da ehtiyatların gözləniləndən daha çox azalmasından sonra həftənin rekordunu yeniləməyə yaxınlaşır.

 

APA TV-nin məlumatına görə, Amerika Neft İnstitutu ölkədəki neft ehtiyatları barədə hesabatı açıqlayıb. Ehtiyatlar ötən həftə 5,2 milyon barel azalıb.

 

Bu gün açıqlanacaq rəsmi rəqəmlərin isə ehtiyatların 3,15 milyon barel azalacağını göstərəcəyi gözlənilir. Əgər rəsmi rəqəmlər bu cür olarsa, xüsusi əhəmiyyətli Şimal Dənizi boru xəttinin bağlanmasından sonra azalan istehsal daha da daralacaq.

 

OPEK və Rusiya başda olmaq bir neçə neft ölkəsinin istehsalın azaldılması ilə bağlı razılaşmanı 2018-ci ilin sonuna qədər uzatması da qiymətlərə müsbət təsir edən amillərdəndir. Eyni zamanda ABŞ neft ixracını sürətlə artırır. Bunu neft mütəxəssisləri bildirir. Qeyd edilir ki, əgər ABŞ güclü neft ixrac etməsə ölkədə ehtiyatların azalması qeyri-mümkün olardı.

 

Hazırda birjalarda "Brent" markalı neft 63,95 dollardan, Qərbi Texas neft isə 57,73 dollardan təklif olunur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı