ABŞ Qüds səsverməsindən əvvəl diplomatları təhdid edib

ABŞ BMT-dəki Qüds səsverməsindən əvvəl iştirakçı ölkələrin diplomatlarını təhdid edib.

 

APA TV-nin məlumatına görə, daimi nümayəndə Nikki Heylinin Təhlükəsizlik Şurasındakı səsvermədən qabaq siyasətçilərə göndərdiyi üstüörtülü təhdid e-mailləri "Foreign Policy" adlı internet saytı tərəfindən ələ keçirilib.

 

Məktubda "səsini verməyi düşünərkən prezidentin və ABŞ-ın bu səsi şəxsi bir məsələ olaraq qəbul etdiyini bilməyini istəyirəm" qeydi yazıldığı iddia olunur.

 

Nikki Heyli ölkələrin Qüdslə bağlı verdiyi səslər barədə prezident Donald Trampa hesabat verəcəyini bildirib. "Prezident səsverməni yaxından izləyəcək və məndən bizə qarşı səs verən ölkələrin hesabatını istədi" - deyə, elektron məktubda yazılıb.

 

Ötən həftə ABŞ BMT-nin Təhlükəsizlik Şurasına Misirin təqdim etdiyi Qüdslə bağlı layihənin səsverməsində veto hüququndan istifadə etmişdi. Səsvermədə 15 ölkə arasında əleyhinə səs verən tək ölkə olmaqla yalnız qalmışdı.

Müəllif | Apa.Tv
Elvin Bayramlı