Türkiyənin baş naziri Binəli Yıldırım Naxçıvana səfər edib. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Səfər çərçivəsində Binəli Yıldırım Heydər Əliyevin abidəsi önünə gül çələngi qoyub. Daha sonra V.Talıbov və B.Yıldırım arasında görüş keçirilib, qonağın şərəfinə şam yeməyi verilib.
Qeyd edək ki, bu, son doqquz il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir.