Bakıda ər arvadını bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yaşayan 1983-cü il təvəllüdlü Məmmədova Xəyalə Yaqub qızı əri tərəfindən bıçaqlanıb. Onun boyun nahiyəsindən iki bıçaq xəsarəti aldığı bildirilir.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Faktla bağlı araşdırma aparılır.