Novxanıda qonşular məişət söhbətinə görə dava edib döyüldü

Bakıda kütləvi dava nəticəsində 3 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.

İnsident nəticəsində 1993-cü il təvəllüdlü Nadirov Elvin İsa oğlu, onun qardaşı, 1995-ci il təvəllüdlü Emin Nadirov və 1994-cü il təvəllüdlü Əhmədov Elməddin Bəylər oğlu müxtəlif bədən xəsarətləri ilə 1 saylı Xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisə məişət zəminində baş verib. Onların qonşuluqda yaşayan bir neçə nəfər şəxs tərəfindən döyüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı