ABŞ-ın planı: İlk zərbə Şimali Koreyanın hansı nöqtəsinə endiriləcək? - ATIŞMALAR BAŞLADI
"ABŞ hakimiyyəti nüvə proqramının dayandırılması məqsədilə Şimali Koreyaya zərbə endirilməsi planı üzərində işləyir".
APA TV-nin "The Daily Telegraph"a istinadən məlumatına görə, rəsmi Vaşinqton diplomatik səylərin tükənə biləcəyindən ehtiyatlanaraq hərbi ssenari hazırlamağa başlayıb. Planın tərkib hissələrindən biri Pxenyanın növbəti raket sınağınadək start meydançasının partladılmasıdır. Bundan əlavə, rəsmi Vaşinqton Şimali Koreyanın silah anbarlarını da hədəfə almaq niyyətindədir.
Digər tərəfdən, Cənubi və Şimali Koreya sərhədçilərinin demarkasiya zonasında hər iki tərəfdən 40 dəqiqə ərzində qarşılıqlı atəşi açılıb.
Qeyd edək ki, Şimali Koreya ətrafında gərginlik noyabrın 29-da keçirilən raket sınağı sonrası alovlanıb. Ekspertlərin fikrincə, "Hvanson-15" tipli ballistik raket 13 min kilometrdəki hədəfi məhv edir ki, bu da bütövlükdə ABŞ-ın yer üzündən silinməsi deməkdir.