Çindən ABŞ-a xəbərdarlıq: TAKTİKANDAN İMTİNA ET!

"Çin ABŞ-ı "soyuq müharibə" taktikasından imtina etməyə və daha səmərəli əməkdaşlığa çağırır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər Çin Xarici İşlər Nazirliyinin ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı yaydığı bəyanatda yer alıb.

 

Sənəddə rəsmi Vaşiqntonun Çin ordusunun inkişafını nəzərdən keçirməli, müharibə ritorikasından imtina edərək silahlı qüvvələr arasında səmərəli əməkdaşlığa çalışmalı olduğu deyilir. Bildirilir ki, hər iki dövlət region və dünyada sülh və stabilliyin möhkəmlənməsinə töhfə verməlidir.

 

Qeyd edək ki, ABŞ-ın yeni strategiyasında Rusiya və Çin kimi böyük güclərlə rəqabətin yenidən geri döndüyü açıqlanıb.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov