Trampla Səudiyyə kralı İranı müzakirə etdilər - NƏLƏR DANIŞILDI?

ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz əl-Səud arasında husilərin Səudiyyə ərazisinə ballistik raket atılmasından sonra telefon danışığı olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, D. Tramp hadisənin İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən törədildiyini və bununla bağlı bağlı krallıqla həmrəy olduqlarını dilə gətirib.

 

Öz növbəsində kral Salman Səudiyyə Ərəbistanının Yəməndəki humanitar böhranı aradan qaldırılması üçün görəcəyi işlər barəsində Ağ Ev rəhbərini məlumatlandırıb. Liderlər həmçinin BMT-nin İranın beynəlxalq hüququ pozması faktını qəbul etməsinin və Yəməndəki böhranın siyasi həll prosesinə dəstəyin vacibliyini önə çəkib.

 

Qeyd edək ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı raket hücumundan müdafiə sistemi tərəfindən Yəmənin Ər-Riyad istiqamətinə buraxdığı ballistik raketin zərərsizləşdirildiyi açıqlanıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı