ABŞ-da ehtiyatlar azalır, neft bahalaşır

Sutka ərzində neftin qiymətlərində nəzərə çarpacaq bahalaşma var.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft hazırda 64,53 dollardan satılır. Ötən gün bu markadan olan neftin bir barelinin satış qiyməti 63,95 dollar idi. Qərbi Texas nefti də bahalaşıb. WTİ nefti hazırda 58,12 dollardan satılır.

 

Qiymətlərin bahalaşmasına əsas təsir edən amil ABŞ-da ehtiyatların azalmasıdır. Xam neft ehtiyatları gözləniləndən daha çox azalaraq iki ilin ən aşağı səviyyəsinə çatıb. ABŞ-da ehtiyatlar ötən həftə 6,5 milyon barel azalıb. Bu 2015-ci ildən bu yana ən aşağı göstəricidir.

 

OPEK-in istehsalı azaltmaqla bağlı razılaşması da qiymətlərə öz təsirini göstərir. Bununla belə neftin qiymətlərində daha çox siyasi amillər və ABŞ-da istehsalın artması ciddi rol oynayır. Qiymətlərin yüksəlməsi bu ölkədə neftin istehsalının artmasına şərait yaradır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı