AZƏRBAYCANLILARLA RUSLAR ARASINDA KÜTLƏVİ DAVA: 1 ölü, 5 yaralı

Voronejdəki "Praqa" kafesində yerli sakinlər və azərbaycanlılar arasında baş verən kütləvi davada bir voronejli ölüb. APA TV-nin xəbərinə görə, dekabrın 9-da axşam saatlarında kafedə istirahət edən iki qrup arasında mübahisə baş verib və daha sonra bıçaqlanma davasına çevrilib. Hadisə nəticəsində 19 yaşlı yerli sakin aldığı ölümcül bıçaq zərbəsindən həyatının itirib. Yaşları 20-32 arasında olan daha 3 yerli sakin və iki azərbaycanlı yaralanıb.

 

Azərbaycanlılardan digər 3-ü hadisə yerindən qaçmağa cəhd edərək ərazidə olan qırmızı rəngli "VAZ 21053" markalı avtomobildə gizləniblər. Lakin hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətiriliblər. Onlarda biri 19 yaşlı gənci öldürməkdə təqsirli bilinir. Daha 2 azərbaycanlı isə yerli sakinlərə bıçaq zərbəsi endirməkdə ittiham olunur. Hazırda azərbaycanlıya ağır bıçaq zərbəsi endirən voronejlinin axtarışı davam etdirilir.

Araşdırma zamanı məluma olub ki, hadisə iştirakçıları olan azərbaycanlıların bəzilərinin qeydiyyatı və Rusiyada işləmək icazəsi yoxdur. 

Müəllif | Apa.Tv