S-400 zenit raketlərinin Türkiyəyə çatdırılacağı vaxt açıqlandı
Rusiya ilə Türkiyə arasında S-400 zenit raket sistemlərinin tədarükünün vaxtı dəqiqləşib. 2019-cu ilin sonları və ya 2020-ci ilin əvvəlindən başlayaraq Türkiyə bu raket komplekslərini əldə edə biləcək.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib.
"Çatdırılmadan danışarkən qeyd etməliyik ki, bu çox mürəkkəb bir silahlanma sistemidir. Kalaşnikov avtomatları deyil ki, bir ay ərzində tədarükünə başlayaq. Buna görə də düşünürəm ki, dəqiq çatdırılma 2019-cu ilin axırı 2020-ci ilin əvvəlində mümkün olacaq", - V.Kojin belə deyib.
Bununla yanaşı, prezident köməkçisi çatdırılacaq raket komplekslərinin miqdarı barədə açıqlama verməyib. İki ölkə arasındakı razılaşmaya əsasən, silahların hesabının ödənilməsini rəsmi Ankara hissə-hissə həyata keçirəcək.