"Bitcoin" bir gündə 13 faiz itirdi

"Bitcoin"la ticarət edən birjalardakı hərraclarda bu kriptovalyutanın kursu aşağı düşüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, son sutkada kriptovalyuta 13 faiz dəyər itirərək, 14524 ilə 13128 dollar arasında tərəddüd edib. Dekabrın 17-də isə bu rəqəm 20089 dollar olub.

 

Bununla da 5 gün ərzində "Bitcoin"un qiyməti ümumilikdə 35 faiz düşüb. Ekspertlər "Bitcoin"un dəyərindəki azalmanın səbəbini "Bitcoin Cash" ilə rəqabətdə, habelə onun kütləvi şəkildə alınması prosesinin kəskin azalmasında görür. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov