Büdcə, yoxsa xəzinə? - SƏUDİYYƏNİN 2018 PROQNOZLARI
Aparıcı maliyyə ekspertlərinin fikrincə, Səudiyyə Ərəbistanının 2018-ci il büdcəsi gəlir və xərclərin həcminə görə krallıq tarixində ən zəngin xəzinə ola bilər.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, büdcə vəsaitlərinin ümumi həcmi 261 milyard dollar səviyyəsində müəyyənləşdirilə bilər ki, krallıq buna iqtisadiyyatın neftdən asılılığını azaltmaqla nail olmağı hədəfləyir.
Vəliəhd Məhəmməd bin Salmanın bir qədər əvvəl açıqladığı "Hədəf - 2030" adlı islahatlar paketində enerji sektoruna subsidiyaların azaldılması, əmək bazarında iş yerləri sayının artırılması kimi məqsədlər yer alıb. Paketdə krallıqdakı işsizlərin sayı 12,8 faiz göstərilib və bu rəqəmin minİmuma endirilməsi, eləcə də infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi prioritet kimi qoyulub.
Bununla yanaşı müəyyən sahələrə əlavə dəyər vergisinin tətbiqi də krallığın qeyri-neft sektorunda canlanma yaradacaq.
Ər-Riyadın cari ildəki neft gəlirləri 256 milyard dollar təşkil edib. Növbəti ildə isə bu rəqəm 291 milyard dollar proqnozlaşdırıb.
Maliyyə agentləri sözü gedən planın 5 illik nəzərdə tutulması, habelə qadınlara sürücülük hüququnun verilməsi və son anti-korrupsiya tədbirlərini müsbət dəyərləndirib. Onların fikrincə, krallığın nəzərdə tutduğu vəzifələrin yerinə yetirilməsinə daha uzun müddət tələb oluna bilər.