Güclü külək, yağış, qar... - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.

 

APA TV-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, arabir duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 23-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 24-ü axşamadək Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

Azərbaycanın rayonlarında dekabrın 24-də bəzi rayonlarda  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd