Kəmaləddin Heydərov Oğuzda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Oğuzda vətəndaşları qəbul edib.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, müxtəlif məsələlərə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.