Azərbaycanda daha bir meyxanaçı özünü yandırdı
Neftçala rayonunda intihar olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü Şaban Gülmirzə oğlu Hüseynovun Neftçala şəhərində özünü yandırdığı bildirilir.
32 yaşlı kişi aldığı yanıq xəsarətləri nəticəsində ölüb.
İntiharın səbəbi məlum deyil.
Şaban Hüseynov meyxanaçı kimi toylarda iştirak edib. Bir neçə il əvvəl psixoloji problemlər yaşayıb və məclislərdən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.