Hacıqabulda avtobus 15 yaşlı piyadanı vurub öldürdü

Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Qarasu kəndi ərazisində baş verib.

 

“Daewoo” markalı 99 LT 828 dövlət nömrə nişanlı, Qırmızı Körpü-Bakı marşrutu üzrə işləyən rayonlararası sərnişin avtobusu yoldan keçən piyada, Hacıqabul rayonunun Abdulabad kənd sakini, 15 yaşlı Həmzəyev Barı Vəzir oğlunu vuraraq öldürüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli