Gəncədə yaşayış evi yandı, bir nəfər öldü

Gəncədə yaşayış evində yanğın olub.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birində baş verib.

 

Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb. Yanğın yerinin müayinəsi zamanı orada 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun meyiti aşkarlanıb.

 

Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli